Qadının pulqabısını aldı
01 iyun 2020 13:28 (UTC +04:00)

Qadının pulqabısını aldı

Suqmayıtda qadına qarşı soyğunçuluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 30-da şəhər sakini R.Məmmədovanın içərisində pulu, mobil telefonu və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən Sumqayıt sakini A.Şiralıyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

# 1612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar