Fənn olimpiadalarının final turunda dəyişiklik edildi - SƏBƏB
31 may 2020 16:35 (UTC +04:00)

Fənn olimpiadalarının final turunda dəyişiklik edildi - SƏBƏB

Fənn olimpiadalarının final turunun keçirilmə tarixində dəyişiklik olunub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə final turu iyunun 11-də keçiriləcək. Səbəb  iyunun 7-də Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarını təşkil etməsidir.

Qeyd edək ki, daha əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulmuşdu. 

İyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 9-da isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. 

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

Fevral ayında keçirilən respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə  koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

 

# 2338
avatar

Aygün İbrahimli

Oxşar yazılar