Narkotacir qohumlar: kilolarla narkotik aşkarlandı
30 may 2020 09:44 (UTC +04:00)

Narkotacir qohumlar: kilolarla narkotik aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu  əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2380
avatar

Oxşar yazılar