Ağır yol qəzası: ata öldü, oğlu yaralandı
29 may 2020 12:52 (UTC +04:00)

Ağır yol qəzası: ata öldü, oğlu yaralandı


Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

# 3967
avatar

Oxşar yazılar