1009
12:20
29 May 2020

Təhlükəli vəziyyətdə qalan şəxslər xilas edildi


Mayın 28-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman qurulmuş dəmir ayaq altlıqların divardan aralanması və nəticədə 2 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın məlumatına görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Yanğından Mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində xilasedicilər həyati təhlükə ilə üzləşmiş şəxsləri xilas edib, həmçinin, aşma təhlükəsində olan dəmir konstruksiyada bərkitmə işləri görüblər.