Bu ölkədə rekord isti - SON 10 İLDƏ İLK DƏFƏ
27 may 2020 16:11 (UTC +04:00)

Bu ölkədə rekord isti - SON 10 İLDƏ İLK DƏFƏ

Hindistanda son 10 ilin ən isti may ayı qeydə alınıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, Hindistanın Meterologiya Departamenti ölkənin şimal və aran bölgələrində 50 dərəcə istilik qeydə alındığını və bunun son on il üçün rekord temperatur olduğunu açıqlayıb.

Ölkədə may ayında görülən bu temperaturun, həmçinin həmin gün bütün dünya üzrə qeydə alınan ən yüksək istilk olduğu açıqlanıb.

Qurumun açıqlamasında keçən həftə baş verən Amphan qasırğasının havadakı nəmi dağıdaraq isti hava kütlələrinin təsrini artırdığı vurğulanıb.

Ölkənin mərkəzi Yeni Dehlidə isə temperatur 47 dərəcəcə qeydə alınıb. Əhaliyə isti hava səbəbilə bayıra çıxmamaq və çoxlu maye qəbul etmək tövsiyə olunub. İsti havanın təsiri altında olan Hindistanda on milyonlarla insanın su sıxıntısı çəkdiyi də vurğulanıb.

Qeyd edək ki, Hindistanda aprel, may və iyun aylarında yüksək temperatur özünü daha çox göstərir.

2015-ci ildə bu ölkədə yüksək temperatur səbəbindən ən azı 2081 insan ölüb.

 

 

 

 

 

# 6346
avatar

Aygün İbrahimli

Oxşar yazılar