18:22
26 May 2020

"Onlayn sevgi"nin faciəli SONU

Türkiyənin Bursa şəhər Ağır Cinayətlər məhkəməsində sevgililərin birlikdə törətdiyi qətllə bağlı iclas keçirilib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim qətli törədən 43 yaşlı Ayşə Güreşçi və sevgilisi Ələddin Orucun şərti azadlığa çıxma tələbini təmin etməyərək, məhkəməni təxirə salıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında Bursada Ayşə Güreşçi sevgilisi Ələddin Oruca 48 yaşlı İrfan Aksoyun sosial şəbəkə vasitəsilə ona cinsi münasibətlə bağlı mesajlar yazdığını deyib.

Bu səbəblə A.Güreşçi İ.Aksoyu evinə çağırmış, Ə.Oruc isə qapının arxasından çıxaraq əlindəki oxlovla onun başından vuraraq yerə yıxıb. Ə.Oruc daha sonra yerə yıxılmış İ.Aksoya 2 saat yarım ardıcıl zərbələr endirib.

Xəstəxanaya aparılan İ.Aksoy beyinə qansızmasından dünyasını dəyişib.

Dİgər xəbərlər