İnanılmaz çiyələk sınağı: Evdə etməyin, peşman olarsınız- VİDEO
26 may 2020 15:48 (UTC +04:00)

İnanılmaz çiyələk sınağı: Evdə etməyin, peşman olarsınız- VİDEO

Dünən səhərdən axşamadək davam edən çiyələk sınağı sosial şəbəkəyə damğa vurub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sınaqda duzlu suya atılan çiyələklərin içərisindən müxtəlif böcəklər çıxıb. Bəziləri bunu gördükdən sonra bir daha çiyələk yeməyəcəyini, bəziləri isə onun nə qədər təbii və hormonsuz olduğunu deyib.

Bəzi istifadəçilər, “O həşəratlar çiyələkdən çıxırsa demək təbiidir. Dərman vurulmayıb və əslində belə olmalıdır”,  bir çox istifadəçi isə “Bu həşəratları görməkdənsə, dərmanlı çiyələk yeyərəm” deyə reaksiya veriblər.

Həmin həşəratların təbii olan bütün meyvələrdə olduğu deyilir. Ancaq istifadəçilərin bir qismi görüntülərin həqiqətə uyğun olmadığını dilə gətiriblər. İlk olaraq, “tiktok”da başlayan bu axın, daha sonra “Twitter” və “İnstagram”a da sürətlə yayılıb.

Sınağı etmək üçün bir qab ilıq suya çoxlu duz tökülür. Daha sonra çiyələkləri həmin duzlu suya əlavə edib yarım saat gözləyirsiniz. Əgər çiyələkdə qurd və həşəratlar varsa suyun üzünə çıxacaq.

# 7318
avatar

Mehman Nəbiyev

Oxşar yazılar