"Bir gənc olaraq Sizdən örnək alıram" - PREZİDENTƏ MƏKTUBLAR
25 may 2020 13:16 (UTC +04:00)

"Bir gənc olaraq Sizdən örnək alıram" - PREZİDENTƏ MƏKTUBLAR

Azərbaycan əhalisi koronavirus pandemiyası dövründə ölkədə həyata keçirilən tədbirlərə görə, ölkə başçısı İlham Əliyeva minnətdarlıq məktubları yazmaqda davam edir.

Lent.az həmin məktublardan birini - Hacıqabul rayonu sakini, Əməkdar idman ustası Şəfiyev Elnur Abdulla oğlunun məktubunu təqdim edir:

“Möhtərəm cənab Prezident.

Bir gənc olaraq, gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atılmış addımların, gördüyünüz qabaqcıl tədbirlərin, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarların xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaradır.

Hörmətli cənab Prezident, dünyanın özü boyda olan nüfuzunuza söykənərək, müdrik qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz. “Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar.

Məktubda ölkə başçısının daim xalqın yanında olduğu vurğulanır: “Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gəncləri ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı, bu milləti düşünürsünüz.

Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.

# 2428
avatar

Oxşar yazılar