1882
01:16
24 May 2020

Moskvada koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

Son 24 saat ərzində Moskvada koronavirusdan 59 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, Moskvada yeni virusdan ölənlərin ümumi sayı 1993-ə çatıb.

Qeyd edək ki, ölən xəstələrdə COVID-19-la yanaşı sətəlcəm diaqnozu da təsdiqlənmişdi.