Dağıstanda terrora hazırlaşan silahlı dəstə zərərsizləşdirildi
22 may 2020 19:10 (UTC +04:00)

Dağıstanda terrora hazırlaşan silahlı dəstə zərərsizləşdirildi

Dağıstanda xüsusi xidmət orqanlarının əməkdaşları terror aktı törətməyi planlaşdıran silahlı dəstəni zərərsizləşdirib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, Xasavyurt rayonunun Qoksuv qəsəbəsinin şimalındakı meşədə gizlənən altı nəfərdən ibarət silahlı dəstə terror aktı törətməyə hazırlaşıb. 

Əməliyyat zamanı xüsusi xidmət orqanının əməkdaşlarından biri yaralanıb, dinc sakinlərdən xəsarət alan olmayıb.

Hadisə yerində silah-sursat aşkarlanıb.

# 2374
avatar

Oxşar yazılar