"Koronavirusun digər növləri də yayda yoxa çıxıb" - Baş infeksionist
22 may 2020 18:51 (UTC +04:00)

"Koronavirusun digər növləri də yayda yoxa çıxıb" - Baş infeksionist

Bir müddət öncə Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) mütəxəssisləri əksər ölkələrdə koronavirusun bitmə tarixi barədə hesabat hazırlamışdılar. Hesabata əsasən, Azərbaycanda pandemiya mayın 7-də 97 faiz, mayın 18-də 99 faiz azalacaq. Ancaq reallığa baxsaq, ölkədə virusa yoluxanların sayının 100 nəfərdən aşağı düşmədiyinin şahidi oluruq. Görəsən, sinqapurlu mütəxəssislərin dediyi kimi, iyunun 15-də Azərbaycanda pandemiya tamamilə bitəcək?

Baş infeksionist Cəlal İsayev Lent.az-a bildirib ki,  bugünədək qeydə alınan respirator xəstəliklər havaların qızması ilə başa çatıb:

“Belə bir təcrübə var ki, havalar isinəndən sonar viruslar və onların hüceyrələri ölür, Əksər xəstəliklər yay fəslində yoxa çıxdığı halda, payızda yenidən yaranıb. Bu koronavirusun yerdə qalan digər 4 növünə də aiddir. Ancaq bu qaydanın COVİD-19-a da aid olacağını demək mümkün deyil. Çünki hələ onun xüsusiyyətləri tam öyrənilməyib. İsti havalarda pandemiyaya yoluxmaların kəskin azalacağı qaçılmazdır. Amma onun nə vaxt tamamilə başa çatacağı barədə dəqqi məlumat vermək düz deyil”.

Qeyd edək ki, Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssislərinin hesabatına görə, iyunun 15-də Azərbaycanda pandemiya tamamilə bitəcək. Hesablamalara görə, virus ən gec Rusiyada, avqustun 7-də başa çatacaq.

# 6829
avatar

Mehman Nəbiyev

Oxşar yazılar