“Elə yerdə oluram ki, orda it də dayanmaz” - Məşhurlar çimərliyə belə gedəcək
20 may 2020 14:12 (UTC +04:00)

“Elə yerdə oluram ki, orda it də dayanmaz” - Məşhurlar çimərliyə belə gedəcək

Koronavirus yayıldığı gündən bəri maskalar da digər dəb aksesuarları kimi həyatımızın bir parçasına çevrilib. Artıq dünya miqyasında bu sıraya maskalı çimərlik geyimləri də daxil olur.

Bəs bizdə necə, maskalı çimərliklər dəbə çevrilib? Lent.az-ın əməkdaşı bu ilki dəniz mövsümü və çimərlik geyimləri haqqında bəzi məşhurlara suallar verdi cavablar isə olduqca maraqlıdır.

“Təsəvvür edin mən elə bir yerə gedirəm ki, orda it də dayanmaz”.

Bu sözləri məşhur müğənni Xatirə İslam Lent.az saytına açıqlamasında bildirdi:

“Kiminsə ağlına gəlməz ki Xatirə burda çimər. Amma mən orda rahat çimirəm, çünki orda heç kəs olmur. Yəni çox şəraitsiz yerə gedirəm, heç gözətçinin belə ağlına gəlməz ki, orda dənizə girən Xatirə İslamdır”.

İfaçı pandemiya ilə bağlı bu il çimərliyə gedib getməyəcəyi haqqında hələ ki qərar vermədiyini dedi.

Gənc ifaçı Dilarə Kazımova isə Lent.az-a açıqlamasında yeni çimərlik geyimi modasından xəbərdar olduğunu deyir:

“Məncə bu yay çimərliklərdə insanlar 1-2 metr aralı oturmalıdırlar. İnanmaq istəyirəm ki çimərlik mövsümü başlayanda koronavirus artıq bitmiş olar, və biz bu tip şeyləri düşünmərik. Gözəl qaralmaq istəyirəm, masqa ilə isə bu elə də yaxşı alınmır. Buna görə də sosial məsafə daha önəmlidir”.

Banu

# 12823
avatar

Oxşar yazılar