Zeynəb Xanlarovanın oğlu DANIŞDI: "Anam evdədir"
19 may 2020 10:49 (UTC +04:00)

Zeynəb Xanlarovanın oğlu DANIŞDI: "Anam evdədir"

“Zeynəb Xanlarovanın səhhəti qaydasındadır, heç bir problem yoxdur”. 

Bu barədə APA-ya Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev məlumat verib.

“Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”, - deyə o bildirib. 

Qeyd edək ki, bəzi saytlarda Z. Xanlarovanın dünyasını dəyişdiyinə dair məlumatlar yayılıb. 

# 11089
avatar

Oxşar yazılar