03:14
18 May 2020

Belarusda yol qəzasında bir maşında olan 6 nəfər öldü

Belarusun Minsk əyalətindən keçən M1 magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində bir avtomobildə olan altı nəfərin öldüyü bildirilib.

Hadisə mayın 17-də, saat 20.15-də M1 magistral yolunun 461-ci kilometrliyində" Rusiya Federasiyasının Brest-Minsk-Sərhəd yolunda baş verib.

İlkin məlumata görə, “Renault” markalı maşının sürücüsü qarşıdakı zolağa çıxaraq "Geely" markalı avtomobillə, daha sonra digər nəqliyyat vasitələri ilə toqquşub. “Renault”da olan altı nəfər hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yol polisi, həkimlər və xilasedicilər cəlb edilib.

Dİgər xəbərlər