Bütün dövrlərin ən seksual filmləri – SİYAHI
17 may 2020 16:00 (UTC +04:00)

Bütün dövrlərin ən seksual filmləri – SİYAHI

Amerikanın “Esquire” jirnalı bütün dövrlərin 40 ən seksual filminin reytrinqini hazırlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, lider 2019-cu ildə çəkilən fransız tarixi dramı "Bir gənc qızın alovlanmış portreti” olub.

Selin Syammanın çəkdiyi və Noemi Merlin ilə Adel Enelil baş rollarda oynadığı  film Kann festivalında ən yaxşı ssenari kimi xüsusi mükafata layiq görülüb.

Filmdə hadisələr 1760-cı illərdə Fransada, qızının portretini çəkmək üçün varlı bir qadın tərəfindən işə götürülən gənc bir sənətkarın ətrafında baş verir. Daha sonra rəssam ilə işəgötürən arasında sevgi münasibətləri yaranır.

İkinci yeri Kira Naytli və Ceyms Makevoyun oynadığı 2007-ci ildə çəkilən “Bağışlanma” filmidir. Rejissor Co Raytın İen Makyuenin eyniadlı romanı əsasında çəkdiyi filmdə hadisələr İkinci dünya müharibəsi zamanı cərəyan edir.

2017-ci ildə çəkilən “Dayə” filmi dayəsinə dəhşətli dərəcədə aşıq olan bir uşaqdan bəhs edir. Film üçüncü sıradadır.

Top-10-luğa bu filmlər də düşüblər: “Cenniferin cəsədi”, “Darham öküzləri”, “Super Mayk”, “İstedadlı cənab Ripley”, “Ay işığı”, “Gizli cazibə”,  “Maşından çıxdı”.

Bundan əlavə, siyahıda "Vəhşilik", "Məni öz adınla çağır", "İntim", "Malholland sürücüsü", "Yatmış gözəl", "Sədaqətsiz", "Sevgi", "Lyusiya və seks", "Adelin həyatı", "Katibə", "Ananızı da"  və "Xəyalpərəstlər" də var.

Reytinqi 1981-ci ildə Amerikanın "Bədənin istiliyi" filmi tamamlayır.

# 57406
avatar

Oxşar yazılar