19:28
16 May 2020

“Sabah” da testdən keçdi: NƏTİCƏLƏR


Azərbaycan Premyer Liqasının daha bir klubu koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, Bakının “Sabah” klubunun bütün futbolçu və məşqçi heyəti, həmçinin əməkdaşları müayinə olunub.

Test proseduru AFFA-nın təlimatına və tövsiyəsinə əsasən gerçəkləşib. “Sabah”ın heç bir üzvündə pozitiv çıxmayıb.

Qeyd edək ki, dünən daha üç komanda – “Neftçi”, “Qarabağ” və “Zirə”, həmçinin hakimlər test verib.

Dİgər xəbərlər