Şagirdlərimiz beynəlxalq müsabiqədə birinci oldular
14 may 2020 10:17 (UTC +04:00)

Şagirdlərimiz beynəlxalq müsabiqədə birinci oldular

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Yunanıstanda keçirilən VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə (Biennale)  uğur qazanıblar.

Gimnaziyadan Lent.az-a bildirilib ki, təhsil ocağının VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagird Abdulrəhim Bağırlının rəsmlərini münsiflər heyəti yüksək qiymətləndirərək birinci yerə layiq görüblər.

Qeyd edək ki, hər iki şagird beynəlxalq müsabiqə laureatıdır, dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olublar.

Yunanıstanda keçirilən bu müsabiqə iki ildən bir təşkil edilir.

 

# 3604
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar