7068
15:50
13 May 2020

Seks simvolu sevgilisindən ayrıldı, təkliyin kefini çıxarır - FOTOLENT


Tanınmış tennisçilər Anna Kalinskaya ilə Nik Kirqios ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı idmançı Kalinskaya deyib.

Ölkəsinin yeni seks simvolu hesab edilən tennisçi avstraliyalı ilə artıq sevgili olmadıqlarını açıqlayıb. 22 yaşlı Kalinskaya buna səbəb kimi, Kirqiosun məşhurlaşmasını göstərib: “Niklə sevgili deyilik. Hətta heç dost kimi də qalmamışıq. O, çox məşhurlaşdığından kifayət qədər fanatı var. Amma maraqlarına cavab vermək niyyətim yoxdur. Qərarıma hörmətlə yanaşın”.

Kalinskaya instaqram səhifəsi vasitəsilə etdiyi valehedici paylaşımları ilə sərbəstliyin kefini çıxardığını söyləyib. Onun cəsur fotoları azarkeşlər tərəfindən heyranlıqla qarşılanır.

Dİgər xəbərlər