17:22
11 May 2020

“Eurovision” şərhçimiz bəlli oldu - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision: Europe Shine A Light" mahnı şousunda şərhçisinin adını açıqlayıb.

Lent.az -ın məlumatına görə, mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.

İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

Dİgər xəbərlər