19:50
09 May 2020

İspaniyada ən bahalı gənc futbolçu hansı klubdadır?

İspaniya La Liqasında çıxış edən klubların əvəzedicilərinin transfer qiymətləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, B komandalarının ümumi dəyərinə əsasən klublar sıralanıb.

Oyunçularının qiyməti ən baha olan klub "Barselona"dır.

Kataloniyalıların gənclər komandasının ümumi dəyəri 34,03 milyon avrodur. "Real"ın ikinci komandası olan "Kastilya" 30,45 milyon avro ilə ikinci sırada qərarlaşıb. Növbəti yerləri müvafiq olaraq "Atletiko" (16,73), "Real Sosyedad" (7,35) və "Atletik" (6,95) tutur.

Heyəti ən ucuz olan komanda 800 min avro ilə "Leqanes"dir.

Dİgər xəbərlər