10:00
11 May 2020

50 yaşlı müğənnimizə elçi gəldi: "Mənim olsun" - VİDEO

Xalq artisti Gülyaz Məmmədova növbəti dəfə ailə qurmaq istəyindən söz açıb.

Lent.az -ın məlumatına görə, 50 yaşlı müğənni “104” FM-də qonaq olan zaman bildirib ki, ona elçilər gəlir:

“İstəmədim ki, yenidən ailə qurum. Özümü sənətimə, oğluma həsr etdim. Sənətimi elə sevdim ki, ailə qurmaq yaddan çıxdı. Həyat yoldaşım olacaq insan sadiq olmalıdır. Qarşılıqlı sevgi olmalıdır. Mənim üçün yaşasın. Mən onun, o mənim olsun. Bu cür yarı kim istəməz ki? Bu yaşımda da elçi gəlir. O qədər elçilərim var ki...”

Qeyd edək ki, G.Məmmədova bir dəfə evli olub, bir oğlu var.

Dİgər xəbərlər