2082
19:12
06 May 2020

Qonşu ölkədə iki terror qruplaşması zərərsizləşdirildi

İranda 2 terror qruplaşması zərərsizləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazirlik seperatçı qüvvələrə yaxın iki terror qruplaşmasının üzvlərini zərərsizləşdirib.

Məlumata əsasən qonşu ölkədən İran ərazisinə girən iki terror qruplaşma üzvləri İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr bölgəsində zərərsizləşdirilib. Terror qruplaşmasının 16 üzvü həbs olunub, onlardan 2 ədəd “Kalaşinkov” avtomatı, partlayıcı maddələr, tapança, 240 ədəd güllə müsadirə olunub.

Bildirilir ki, saxlanılan terroçulardan bəzisinin günahsız insanların qətlində əli olub. Həmçinin onlardan bəziləri İran İslam İnqilabı tərəfdarı olan şəxslərdən birinin övladını qətlə yetirib.