08:24
02 May 2020

Ukraynada təyyarə qəzası: ölənlər var

Ukraynanın Dnepropetrovsk bölgəsində birmühərrikli təyyarə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan iki nəfər dünyasını dəyişib: "Qəza Dnepropetrovsk bölgəsində yaşayış məntəqəsinin kənarında baş verib. Birmühərrikli dörd nəfərlik təyyarə qəzaya uğradıqdan sonra yanmağa başlayıb”.

Yanğın yarım saatdan sonra lokallaşdırılıb.

Dİgər xəbərlər