İtaliyada yeni futbol mövsümü payızda başlayacaq
01 may 2020 11:51 (UTC +04:00)

İtaliyada yeni futbol mövsümü payızda başlayacaq

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 2020/21 mövsümünün noyabrda başlaması planlaşdırılır.

A seriyası oyunlarının yeni mövsümdə də azarkeşsiz keçiriləcəyi gözlənilir. Start üçün noyabr ayı seçilərkən millinin Olimpiya Oyunlarının seçmə oyunlarının keçirilməsi və avrokubokların təxmini təqvimi də nəzərə alınıb.

Qeyd edək ki, İtaliya çempionatının cari mövsümü koronavirus pandemiyası üzündən dayandırılıb və bərpa olunub-olunmayacağı dəqiqləşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726

Oxşar yazılar