17:00
30 Aprel 2020

Prezidenti tələbələrmi çaşdırdı? - “FƏRQLİ ALMANLAR”


Almaniyanın hökumət rəsmilərindən biri XIX əsrin sonu - XX əsrin əvvəllərini xatırlayarkən 1960-cı illərdə tropik Afrikanın müstəqillik qazanan ölkələrindən olan Toqo Respublikası ilə bağlı maraqlı xatirələrini paylaşıb.

Lent.az Rusiya KİV-ə istinadən həmin şəxsin qələmə aldığı hadisələrdən birini təqdim edir:

“Toqo Almaniyanın Federativ Respublikasının (AFR) təsir dairəsində idi. Bir gün hökumət oraya rəsmi heyət göndərməyə qərar verdi.

Afrikada xarici qonaqlar hərarətlə qarşılandı. Ancaq qarşılanma zamanı qonaqpərvər əhalinin əlindəki “plakat”larda, küçə boyu uzanan lentlərdə alman dilində yazılan şüarlar bizi çox təəccübləndirdi: “ADR-dən (Almaniya Demokratik Respublikası) gələn dostları salamlayırıq!”, “Yaşasın Toqo və ADR xalqlarının əbədi dostluğu!” və s.

Doğrusu, çaşıb qalmışdıq. İki variant ola bilərdi – Ya ADR-dən qayıdan Toqo tələbələri bizimlə “zarafat” etmişdi, ya da Toqo rəhbərliyi bir-biri ilə çox soyuq münasibətdə olan iki Alman dövlətinin (AFR-ADR) mövcudluğundan xəbərsiz idi...

Nəhayət, bunun səbəbini Toqo Prezidenti podpolkovnik Eyademandan soruşduq. Prezident çaşqınlıq içərisində, sakit tonda:

“Yəni onlar alman deyil? Yoxsa fərqli almanlardı?”

Ancaq prezident haqlı idi”.

Dİgər xəbərlər