5669
10:32
30 Aprel 2020

Rozadan Sevinc-Sevilə və Anara mesaj: "Ölüləri diriltməyəcəm" - VİDEO

Müğənni Roza Zərgərli şou aləmində küsülü olduğu şəxslər barədə danışıb. Lent.az -ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, incik olduğu Sevinc-Sevil Səfərova bacıları və stilist Anar Ağakişiyevlə heç vaxt barışmayacaq:

"Mən çox kinli insanam. Həyatda çox səbirli insanam. Mənim üzüm bir insandan döndüsə, o, mənim üçün bitdi. Övladlarıma da bunu demişəm. Həyatımda elə insanlar var ki, onları silmişəm. Hətta son nəfəsimdə Əzrail desə ki, bu insanları bağışla, bağışlamayacam.

Bağışlamayacağım insanlar arasında şou-biznesdə olanlar da var, kənarda olanlar da. Şou-biznesdə heç vaxt bağışlamayacağım Sevinc-Sevil bacıları və stilist Anar Ağakişiyevdir. Səbəblərini açıqlamayacam. Onları bağışlamayacağam. Ölüləri diriltmək lazım deyil. Hətta bu yaxınlarda əkiz bacılar maqazin verilişində barəmdə kübar danışdılar. Amma barışmayacağam".

Dİgər xəbərlər