07:18
30 Aprel 2020

General Haftar geri çəkildi

Liviya Milli Ordusunun rəhbəri, general Xəlifə Haftarın sözçüsü Əhməd əl-Mismari Ramazan ayı boyunca təktərəfli atəşkəs elan etdiklərini açıqlayıb.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu barədə Mismari mətbuat konfransı keçirərək açıqlama verib.

Bildirib ki, beynəlxalq təşkilatların çağırışlarını nəzərə alaraq Ramazan ayında hərbi fəaliyyətlərini dayandırıblar.

Hər hansı bir hərbi addıma cavab vermək hüquqlarının olduğunu xatırladan Mismari deyib ki, ölkədəki hədəflərindən vaz keçmək niyyətləri yoxdur.

Qeyd edək ki, Xəlifə Haftar aprelin 27-də Liviyanı öz nəzarətlərinə götürdüklərini açıqlamışdı.

Aprelin 29-da isə Türkiyənin Xarici İşlər Nazirliyi Haftarın bu açıqlamasına sərt mövqe bildirişdi: “Türkiyə Haftarın Liviyada hərbi diktatura qurmaq məqsədinə qarşıdır, Liviya Milli Razılaşma Hökuməti və digər legitim qurumların qorunması üçün qardaş Liviya xalqının yanındadır”.

Dİgər xəbərlər