10:24
29 Aprel 2020

Dünya çempionu Qvardiolanın köməkçisi ola bilər

İngiltərə çempionu “Mançester Siti” Londonun “Arsenal” klubuna rəhbərlik edən Mikel Artetenin yerinə baş məşqçi Xosep Qvardiolaya köməkçi axtarır.

Lenvt.az xarici KİV-ə istinadla bildirir ki, bu posta favoritlərdən biri dünya və Avropa çempionu Xabi Alonsodur. Qvardiolanın da onun xidmətinə maraqlı olduğu bildirilir.

Xabi Alonso “Real Sosyedad”ın ikinci komandasına başçılıq edir. Onun klubla müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub.

Alonso 2014-cü ildən 2016-cı ilədək Qvardiolanın rəhbərliyi ilə Münhenin “Bavariya” klubunda oynayıb. İki dəfə Almaniya çempionu olub və ölkə Kubokunu qazanıb.

Dİgər xəbərlər