Afət Fərmanqızı AĞLADI: "Qisasımı ondan alacam" - VİDEO
28 aprel 2020 10:27 (UTC +04:00)

Afət Fərmanqızı AĞLADI: "Qisasımı ondan alacam" - VİDEO

“Anamın qisasını onlardan alacam”.

Bu sözləri Lent.az-ın canlı yayımında qonaq olan müğənni Afət Fərmanqızı deyib. O, bildirib ki, anasının 55 yaşında dünyasını dəyişməsinə səbəb keçmiş qudaları olub:

“Həyatda bütün arzularıma çatmışam. Xoşbəxt ana, xoşbəxt müğənniyəm. İndi elə bir məqamı danışacam ki, bunu heç yerdə deməmişəm. Uzun illər öncə atam maşınını, anam qızıllarını satıb bir ev aldıq ki, qardaşım evlənsin. Bizim o vaxtkı qudamız, hələlik adını çəkmirəm, onlar evimizi əlimizdən aldılar. Bu işi bu yerdə qoymayacam. Anamın ruhu şad olsun, qisasımı onlardan alacağam. Vəkilimlə danışmışam, hər şeyi açıqlayacam. Haqqımı tələb edəcəm ki, bizdən aldıqlarını geri versinlər. O vaxt bizim qeydiyyatımız olmadığı üçün ona dedi ki, eybi yoxdur, qızının adına al. Qızın da bizim gəlin olacaq. O da qızının adına yox, öz adına aldı və aradan çıxdı. Çox gülənin çox dərdi olur. Anam fikirdən yataq xəstəsi oldu və 55 yaşında dünyasını dəyişdi. (ağlayır) Mən ağlamağı sevən insan deyiləm”.

 A.Fərmanqızının müsahibəsinin ardına aşağıdakı videoda baxa bilərsiniz:  

# 10950
avatar

Yalçın UĞUR

Oxşar yazılar