07:24
28 Aprel 2020

3 tibb işçisi işdən qovuldu - SƏBƏB

Rusiyanın Lipetsk şəhərinin xəstəxanalarından birində baş həkimin 2 müavini və böyük tibb bacısı eyni gündə işdən azad ediliblər.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, koronavirusa yoluxan xəstələrlə iş zamanı səhlənkarlığa yol verdiklərinə görə onların barəsində belə bir addım atılıb.

Əmrdən çıxarışda bildirilib ki, koronavirusa yoluxan xəstələrlə işləyərkən lazımi epidemiya əleyhinə qaydalara əməl etməyən, vəzifələrinin icrasında səhlənkarlığa yol verən tibb işçilərilə bağlı müvafiq qərar qəbul edilib.

Dİgər xəbərlər