839
16:32
27 Aprel 2020

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri dəyişmədi

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya açıqlamasında bildirib ki, Azay Quliyev Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri seçilib.

Nümayəndə heyətinə Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə daxildir.