12:29
24 Aprel 2020

"Deyirlər ki, bunu sizə xalq edib, biz əziyyət çəkirik axı" - Xatirə

“Kömək etmək vicdan işidir. Bu, zorla olası deyil. Nə də borc deyil. Biz də zəhmət çəkmişik. Bu gün yediyimiz çörək əziyyətimizin bəhrəsidir".

Lent.az -ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "Bizimləsən" verilişində deyib:

"Hərdən elə şeylər yazırlar ki, adamın qəlbinə dəyir. Heç nə elə-belə olmur. Çörəyimizdən kiməsə bir tikə veririksə, bu, vicdanımızdan irəli gəlir. Deyirlər ki, sizə bunu xalq etməyib? Xalq durduğumuz yerdə etmir ki... Əziyyət çəkirik. Xalqın pis günündə də elə sənət adamları, müğənnilər, prodüserlər hamısı küçələrdədir. Kömək edənlərə də dəfələrlə deyirlər ki, ehtiyacınız varsa, yardım istəməyin. Başqasının haqqına girmiş olursunuz. Qoy, həqiqətən ehtiyacı olan bu yardımı alsın”.

Dİgər xəbərlər