1612
12:58
23 Aprel 2020

Toyuq ətindən rulet necə hazırlanır? - Usta öz sirlərini açır

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Vefa Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla Toyuq ətindən ruletinin hazırlanmasını təqdim edirik.

Toyuq ətindən rulet hazırlamaq üçün lazım olan ərzaqlar:

Toyuğun sinə əti 500 qr

Holland (və ya mosarella) pendiri 300 qr

Yumurta 4 ədəd

Soğan 2 ədəd

Xama 3 xörək qaşığı

Duru yağ 6 xörək qaşığı

Göyərti, duz, qırmızı istiot

Holland pendiri sürtgəcdən keçirilir. Sındırılıb çırpılan yumurtanın içərisinə duz, istiot, göyərti, xama atılıb, qarışdırılır və pendir əlavə edilir. Hazırlanmış bu qarışım içərisinə kağız sərilmiş soba qabına tökülür, nazik yayılır və bişirilir.

Soğan doğranıb qızardılır, sinə əti ilə doğrayıcıda püre halına salınır. Sobada bişən pendirli koujun üzərinə yayılıb, rulet halında bükülür və təkrar bişirilir.

Hazırlanma qaydasına videoda baxa bilərsiniz: