19:50
22 Aprel 2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 416 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, yoluxmuş şəxslərdən 105-i artıq sağalıb, 5-i isə vəfat edib.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa görə karantində 5160 nəfər saxlanılır, stasionar müalicədə isə 579 nəfər var.

ürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

Dİgər xəbərlər