925
21:14
20 Aprel 2020

Məmmədyarov erməni həmkarı ilə video-görüş keçirəcək

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın aprelin 21-də video-konfrans formatında görüşü olacaq.

APA Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.