Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatdı
19 aprel 2020 11:34 (UTC +04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatdı

Ermənistanda koronavirusa yoluxanlarla bağlı bu gün rəsmi məlumat elan edilib.

APA armeniasputnik.am-a istinadən bildirir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1291-ə çatıb.

Bu gün ölkədə 43 yeni yoluxma hadisəsi aşkar edilib.

Son məlumatlara görə, ölkədə COVID-19-dan 20 nəfər ölüb.

Qeyd edək ki, hazırda Ermənistanda bu infeksiyadan müalicə olunanların sayı 726 nəfərdir, cəmi 12 min 680 nəfər test edilib.

# 1280
avatar

Oxşar yazılar