13:49
19 Aprel 2020

Sifarişi gətirən kuryer yaşlı qadını ayaqqabı ipi ilə boğub öldürdü

Ötən həftə İstanbulun Qartaltəpə məhəlləsində hər kəsi heyrətə salan hadisə baş verib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, koronavirus səbəbilə evdən çıxa bilməyə 79 yaşlı Meral Ahemtoğlu alış-veriş üçün marketə zəng vurub. Ancaq sifarişi gətirən Rəcəb.Y ilə arasında pul üstündə mübahisə yaranıb. Nəticədə Rəcəb.Y ayaqqabı ipi ilə yaşlı qadını boğaraq öldürüb.

Prokurorluğa ifadə verərkən, Rəcəb.Y yaşlı qadından əvvəlki alış-verişdən qalan 8 lirə ( təxminən 2.5 manat) pulu istəyib. Meral Ahmetoğlu isə pulu verməyəcəyini deyib. Bundan sonra isə kuryer yaşlı qadını ayaqqabı ipi ilə boğaraq, telefonunu götürüb qaçıb. Meyiti isə anası ilə əlaqə qura bilmədiyi üçün onlara gələn qızı tərəfindən tapılıb.

Həmçinin qatil ifadə verərkən qadından götürdüyü telefonu satdığını bildirib.

Dİgər xəbərlər