10:48
18 Aprel 2020

Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlandı


Son bir gün ərzində Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın Armenia Sputnik-ə istinadən xəbərinə görə, bu barədə Baş Nazir Nikol Paşinyan Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, daha bir nəfər koronavirusdan ölüb.

Ümumilikdə Ermənistanda koronavirusa yoluxanların sayı 1248-ə, sağalanların 121-ə, ölənlərin sayı isə 20-yə çatıb.

Dİgər xəbərlər