14:37
17 Aprel 2020

Rusiyanın bu şəhərində 100-dən çox tibb işçisi koronavirusa yoluxub

Rusiyanın Sankt-Peterburq şəhərində 100-dən çox tibb işçisində koronavirus aşkarlanıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Peterburq Şəhər Səhiyyə Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərdə COVİD-19 virusuna yoluxan hər 15 nəfərdən biri tibb işçisidir.

Qeyd edək ki, son sutka ərzində Sankt-Peterburqda 1507 nəfər koronavirusa yoluxub. Peterburq koronavirusa yoluxma hallarına görə, Rusiya regionları arasında Moskva və Moskva ətrafından sonra üçüncü yerdə qərarlaşıb. İndiyə kimi şəhərdə virusdan ölənlərin sayı 7, sağalanların sayı isə 192 nəfərdir.

Dİgər xəbərlər