16:02
16 Aprel 2020

ABŞ şirkəti Azərbaycan peykinin resurslarından istifadə edəcək


“Azərkosmos” ASC dünyanın peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. ASC-dın “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən “UltiSat” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.

“Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriyenin sözlərinə görə, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək tələbatın qarşılanmasına xidmət edəcək.

Dİgər xəbərlər