15:31
16 Aprel 2020

PSJ-nin müdafiəçisi London klubuna keçə bilər

Fransa çempionu PSJ-nin müdafiəçisi Levan Kyurzava karyerasının Londonun “Arsenal” klubunda davam etdirə bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, londonlular artıq şəxsi müqavilə ilə bağlı 27 yaşlı futbolçu ilə razılığa gəliblər.

Levan Kyurzavanın PSJ ilə müqaviləsi bu il iyunun 30-na qədər nəzərdə tutulub.

Bundan əvvəl müdafiəçinin Milanın “İnter” klubuna keçməkdən imtina etdiyi xəbəri verilib.

Dİgər xəbərlər