522
11:59
16 Aprel 2020

Gürcüstan DTX-dan Keşikçidağ AÇIQLAMASI


“Ötən il bəzi qruplar və individual şəxslər də daxil olmaqla, müxtəlif qüvvələr Keşikçidağ (David Qareci) ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 2019-cu il üzrə hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, Gürcüstan-Azərbaycan sərhədində vəziyyətin saxtalaşdırılması ilə destruktiv kampaniya aparılıb və bu kampaniya strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdüb.

“Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycan ilə davamlı qonşuluq münasibətlərini davam etdirir. Bununla belə, davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər mövcuddur” – deyə hesabatda qeyd olunub.