11:33
16 Aprel 2020

Bu ölkə Azərbaycana etil spirti göndərəcək


Başqırdıstanın “Başspirt” şirkəti Azərbaycanda “Carcioglu Group” şirkətinə böyük miqdarda etil spirti tədarükü ilə bağlı saziş imzalayıb.

“APA-Economics”in verdiyi xəbərə görə, saziş Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi Nuri Quliyevin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin fəal iştirakı ilə bağlanıb.

Qeyd edək ki, "Başspirt" ASC Rusiyadakı ən böyük spirtli içki istehsalçılarından biridir.

Dİgər xəbərlər