14:45
15 Aprel 2020

Putin yenidən Rusiya vətəndaşlarına müraciət edəcək

Prezident Vladimir Putin koronavirus pandemiyası ilə bağlı yenidən Rusiya vətəndaşlarına müraciət edəcək.

Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, müraciət Moskva vaxtı ilə saat 15-də Putinin hökumət üzvləri ilə müşavirəsindən əvvəl səslənəcək.

"Biz prezidentin çıxışını müşavirədən əvvəl gözləyirik. Güman ki dövlət başçısı əhalinin və biznesin dəstəklənməsi ilə bağlı yeni tədbirlərdən danışacaq”, - Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Dİgər xəbərlər