1047
12:29
15 Aprel 2020

"Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi başladı

Lent.az xəbər verir ki, aksiya çərçivəsində Rüfət İsmayılжт xüsusi dizayn etdiyi və məhdud sayda hazırlanan köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” bağışlanacaqdır.

Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər.

Bunun üçün:

  1. Üzərində köynək ilə foto çəkdirib, #love #life #blessed hashtag-lərindən istifadə edərək Instagram səhifəsində paylaşmaq;
  2. Daha sonra bu fotonu “AFFFAİR” təşkilatına göndərmək kifayətdir;
  3. Öz növbəsində təşkilat göndərilmiş fotolardan istifadə edərək xüsusi fleşmob düzəldib öz rəsmi saytında yerləşdirəcəkdir.

Eyni zamanda aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb səhifədən (https://www.lovelife.az/az/) əldə edə bilərsiniz.

Koronavirusa qarşı mübarizəyə qoşulmaq istəyən hər kəsi bu aksiyada iştirak etməyə dəvət edirik!

Əlavə məlumat üçün:

Facebook:https://www.facebook.com/creative.az

Instagram:https://www.instagram.com/kreativaze

Email:[email protected]