546
21:29
14 Aprel 2020

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1400-ü keçdi

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 107 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün yeni növ karonavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elmi Qurumun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, son 24 saatda 33 070 şübhəli koronavirus testindən keçib, onlardan 4062-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1403 nəfər ölüb, 65 111 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1809 nəfəri reanimasiyadadır, 4799 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 842 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 443 626 nəfərin testdən keçdiyini qeyd edib.