521
00:40
14 Aprel 2020

Qonşu ölkədə 5 tibb işçisi koronavirusa yoluxdu

Gürcüstanda 5 tibb işçisi koronavirusa yoluxub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisidə yerləşən Respublika xəstəxanasının kliniki direktoru Devi Tabidze “Palitranews” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xəstəxanada müalicə alan 9 nəfərdə koronavirus təsdiqlənib, onlardan 5-i Tbilisi Tibb İnstitutunun işçiləridir.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 272 nəfərə çatıb, onlardan 68-i sağalıb, 3-ü vəfat edib. Ölkə üzrə 4834 nəfər karantində saxlanılır.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da təsdiqlənib.