15:41
13 Aprel 2020

Məşhur müğənni koronavirusa görə 3 yaxın adamını itirdi

Amerikalı müğənni Madonna koronavirusun onun həyatından 3 yaxın adamını apardığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, video müraciətini özünün Instagram səhifəsində paylaşıb.

Madonna qeyd edib ki, aprelin 9-da onun əmisi oğlu, mühafizəçisinin qardaşı və remiks ilə məşğul olan həmkarı ölüblər.

“Bütün günlər yaxşı ola bilməz... mən ötən gecə bir dəqiqə yatmamışam, bu gün tamamilə üzgünəm. Son 24 saatda 3 adam itirmişəm: qardaşm oğlunu, mühafizəçini və mənim musiqilərimi remiks edən Orlando Puertanı. O, mənim həyatımda çox vacib adam idi. Bu əhval-ruhiyyəmə təsir edib. Bu gün çox pis gün oldu, bəlkə mənimlə bəsdir”, - Madonna əlavə edib.

Dİgər xəbərlər