11:55
13 Aprel 2020

“Azərbaycanda karantin rejimi daha ciddidir” - “Səbail”in ukraynalı qapıçısı

"Mən mütəmadi olaraq Kiyevlə əlaqə saxlayıram. Bircə onu deyə bilərəm ki, Azərbaycanda karantin rejimi daha ciddidir”.

Lent.az -in məlumatına görə, bu barədə "Səbail”in ukraynalı qapıçısı Aleksandr Ribka yerli KİV-ə müsahibəsində deyib.

Ribka bildirib ki, hazırda karantin rejiminin qaydalarına uyğun dükan və marketlərə SMS vasitəsiylə gedir.

"Burda rejim ciddidir. Maqazalara ancaq maska və əlcəkdə getmək olar. Əgər əvvəllər sahil parkinda qaçmaqa icazə vardısa, indi bütün parklar baqlanib. Amma bizim Kiyevdə Obolon prospektində ora-bura qaçırlar. Bakıda belə hərəkətlərə yol vermək olmaz".

Ribka Azərbaycan hökumətinin effektiv davranışlarına da toxunub: "Azərbaycanda koronsvirusa yoluxan çox deyil. Hökumət virusa yoluxmamaq üçün bütün effektiv tədbirlərə əl atıb"

Dİgər xəbərlər